Bank Of Baku

«Qafqaz Lizinq» hüquqi statusunu dəyişib

«Qafqaz Lizinq» hüquqi statusunu dəyişib
# 09 iyul 2010 10:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Təsisçisi «NAB» Şirkətlər Qrupu (99%) və İranın bir fiziki şəxsi (1%) olan «Qafqaz Lizinq» şirkəti hüquqi statusunu dəyişərək MMC-dən ASC-yə çevrilib.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar «Qafqaz Lizinq» ASC yeni səhm emissiya prospektini Komitədən dövlət qeydiyyatından keçirib. Səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 500 ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, “Qafqaz Lizinq” yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq.

Xatırladaq ki, «Qafqaz Lizinq»in hüquqi statusu MMC olarkən nizamnamə kapitalı 1,05 mln. manat təşkil edib. Təsisçisi «Qafqaz Lizinq» şirkəti 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR