Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Dolların məzənnəsi növbəti 5 il ərzində aşağı düşəcək

Beynəlxalq Valyuta Fondu: Dolların məzənnəsi növbəti 5 il ərzində aşağı düşəcək
# 09 iyul 2010 10:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ dollarının məzənnəsinin növbəti 5 il ərzində tədricən aşağı düşəcəyini proqnozlaşdırır.

«APA-Economics»in məlumatına görə, bunu Fondun analitiki şöbəsinin direktoru Devid Robinson bildirib.

Konkret rəqəmləri qabaqcadan proqnozlaşdırmağı mümkün olmadığını bildirən D.Robinson qeyd edib ki, bu növ proqnozlarda adətən böyük səhvlər müşahidə olunur: «Son aylar ərzində dollar avroya qarşı yüksək qiymətləndirilsə də, valyuta səbətinə nisbətdə zəif olub».

D.Robinsonun sözlərinə görə, dolların bahalaşması dünya iqtisadiyyatının bərpasına dəstək verməsə də, eyni zamanda bu prosesə mane də olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR