Bank Of Baku

İtaliyanın məşhur futbol klubu borc qarşılığında bankın mülkiyyətinə keçib

İtaliyanın məşhur futbol klubu borc qarşılığında bankın mülkiyyətinə keçib
# 09 iyul 2010 12:18 (UTC +04:00)
Bakı. Məhbubə Quliyeva - APA-Economics. İtaliyanın məşhur futbol klublarından olan “Roma” sahibinin iflasa uğraması səbəbindən bankın mülkiyyətinə verilib.

APA-Economics”in İtaliya mətbuatına istinadən xəbərinə görə, “Roma”nın və “İtalpetroli”nin sahibi olan Sensi ailəsinin külli miqdarda borcu yarandığı üçün klubu borclu olduğu “Unicredit Banca di Roma”nın mülkiyyətinə vermək məcburiyyətində qalıb. Öz növbəsində bank yeni alıcı tapılana qədər klubun İdarə Heyətinə Rosella Sensinin rəhbərlik etməsinə qərar verib.

Rosella Sensi “Roma” futbol klubunu 1993-cü ildə satın alan atası Franko Sensinin ölümündən sonra maliyyə böhranı ilə üzləşən klubun idarəçiliyini öz üzərinə götürüb. Sensi başçılıq etdiyi iki il müddətində klubu böhrandan çıxarmağın yollarını axtarıb. O, qənaət siyasəti yürüdərək maddi durumu bir az yaxşılaşdırsa da, 325 mln. avroya çatan borc bataqlığından çıxa bilməyib.

“İtalpetroli” və “Unicredit Banca di Roma” arasında dünən saatlarla sürən danışıqların yekununda “Roma” futbol klubunun bankın mülkiyyətinə verilməsi qərara alınıb. Kluba 230 mln. avro qiymət qoyulub. Bundan başqa, “İtalpetroli” mülkiyyətində olan bəzi daşınmaz əmlakları da banka verməyə məcbur olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR