Bank Of Baku

«A-Group» sığorta şirkətinin sığorta haqları son bir ildə 6% artıb

«A-Group» sığorta şirkətinin sığorta haqları son bir ildə 6% artıb
# 09 iyul 2010 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkətinin sığorta haqlarının həcmi bu ilin yanvar-iyun aylarında 5,011 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 5,92% çoxdur.

Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin maliyyə məsələləri üzrə sədr müavini Rəşid Hüseynov bildirib.

R.Hüseynovun sözlərinə görə, bu ilin birinci yarısında şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi son bir illə müqayisədə 38,7% artaraq 2,815 mln. manata çatıb. Sığorta haqlarının strukturunda ən çox vəsait «Tibbi sığorta» (4,792 mln. manat) növü üzrə toplanılıb ki, bu da məcmu daxilolmaların 96%-ni təşkil edib. Daxilolmalarda 86,468 min manat isə «Avtomobillərin sığortası» növünün payına düşüb.

R.Hüseynov bildirib ki, ödənişlərdə ənənəvi olaraq yenə də liderlik tibbi sığorta növünə məxsus olub. Belə ki, bu növ üzrə ödənişlərin həcmi 2,733 mln. manat, «Avtomobillərin sığortası» növü üzrə isə 58,151 min manat həcmində ödəniş həyata keçirilib. Bu növlərin məcmu ödənişlərdə xüsusi çəkisi müvafiq olaraq 97% və 2,07% olub. Şirkətin bu ilin yanvar-iyun aylarında əldə mənfəətin həcmi isə 0,6 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manat təşkil edir. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR