Bakıda «bir pəncərə» prinsipi və biznes prosesinin təhlili üzrə potensialın gücləndirilməsi» mövzusunda seminar keçirilib
Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) «APA-Economics»ə verilən məlumata görə, seminar BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyası və Asiya İnkişaf Bankı tərəfindən təşkil olunub.
Tədbirə «bir pəncərə» prinsipinin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsi mövzusunda iyulun 6-8-də Bakıda keçirilmiş beynəlxalq seminarın iştirakçıları, o cümlədən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramında iştirak edən ölkələrin dövlət və özəl sektorunun və beynəlxalq ticarət münasibətləri ilə məşğul olan şirkətlərin, eləcə də Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələrin nümayəndələri qatılıb.
Tədbirdə çıxış edən DGK-nın sədr müavini Əsgər Abdullayev qeyd edib ki, Azərbaycanda ticarətin dəstəklənməsi istiqamətində istifadə olunan vasitələrin ən önəmlilərindən biri də «bir pəncərə» prinsipinin reallaşması olub. Belə ki, dövlət sərhədinin buraxılış məntəqələrində «bir pəncərə» prinsipinin tətbiqi qısa dövr ərzində tam reallaşıb, müvafiq dövlət qurumları ilə əlaqələndirmə işi həyata keçirilib və onun elektron platforması müəyyənləşib: «Hazırda «bir pəncərə» alətinin tətbiqi vasitəsilə yoxlama və rəsmiləşdirmə prosedurlarının keyfiyyəti xeyli dərəcədə artıb, bu mexanizmin tətbiqindən həm dövlət, həm də özəl sektor, nəticə etibarilə isə cəmiyyətin faydalanmasına əsaslı zəmin yaranıb».
Tədbirdə çıxış edən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının nümayəndəsi Markus Pikart seminarın aktual mövzuya həsr olunduğunu vurğulayıb və tədbirin sözügedən sahədə fikir və təcrübə mübadiləsi baxımdan əhəmiyyətli olacağını bildirib.
Öz növbəsində BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyasının nümayəndəsi Yann Düval qeyd edib ki, «bir pəncərə» prinsipi və biznes prosesinin təhlili üzrə potensialın gücləndirilməsi hər bir ölkənin gömrük xidməti üçün önəmli məsələdir və seminarda bu sahədə həllini gözləyən məsələlərə toxunulması ümumi işə töhfəsini verəcək.
Seminarda biznes proseslərinin təhlilinə giriş, biznes-proseslərin təhlili layihəsinin sahələrinin müəyyənləşdirilməsi, biznes proseslərinin layihəsinin planlaşdırılması, biznes proseslərinin modelləşdirilməsi və təhlilinin həyata keçirilməsi və s. mövzularda məruzələr dinlənilib.
Maliyyə
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Xəbər Lenti
Baş nazir Ünal Üstel: Azərbaycan, Türkiyə və Şimali Kiprin həmrəyliyi Türk dünyasının birliyinin mühüm nümunəsidir
Nazir: Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir
Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
Hindistan ordusunun təyyarəsi qəzaya uğrayıb, 5 hərbçi ölüb - VİDEO - YENİLƏNİB
Azad edilmiş ərazilərdə yerləşən 47 müəssisədə maarifləndirmə tədbiri keçirilib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb
Bakıda "Son zəng" - FOTOLENT
Prezident İlham Əliyev Britaniya Kralına təbrik ünvanlayıb
Nazir: Tam orta təhsil modelində müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur
İranda edama məhkum edilmiş 139 nəfər əfv edilib
Restoranın paltar dolabından 5 min dollar oğurlayan şəxs saxlanılıb
Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalınıb - FOTO
Emin Əmrullayev: Uşaqlar "Son zəng" tədbirini necə görmək istəyirlərsə, elə də keçirməlidirlər
Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir
Nazir: Azad edilmiş ərazilərdə 25 məktəbdə "Son zəng" tədbirləri keçirilir, 171 şagird məzun olur
Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirib
Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA
Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək
AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib- YENİLƏNİB
Azərbaycan nefti ucuzlaşıb
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib - VİDEO
Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO
İcraçı direktor: Azərbaycanda donorların sayı artır, qana olan tələbat ödənilir
Ötən gün 47 kiloqramdan artıq narkotik aşkarlanıb
Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb
Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb
Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
Bu gün Azərbaycanda “Son zəng”dir
ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub
Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir
BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib
Şəmkirdə qəzada ölən sürücünün kimliyi məlum olub - YENİLƏNİB
İsrail ordusu Qəzzada HAMAS-ın anbarlarına zərbə endirdiyini açıqlayıb
Britaniya Rusiya xam neftindən istehsal olunan dizel və kerosin idxalını qadağan edəcək
Katz: İsrail ordusu Livan, Suriya və Qəzzadakı bölgələrdən çəkilməyəcək
BVF Kiyevlə 690 milyon dollarlıq tranş üzrə ilkin razılığa gəlib
DÇ: Kanada və Bosniya qarşılaşması heç-heçə başa çatıb
KİV: ABŞ İranda zənginləşdirilmiş uranı ələ keçirmək üçün yerüstü əməliyyatı nəzərdən keçirib
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
Zelenski rus dilinin Ukraynada qorunan dillər siyahısından çıxarılması ilə bağlı qanunu imzalayıb
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi keçirilib - VİDEO
Hakan Fidan Qətər və ABŞ nümayəndələri ilə sülh danışıqlarını müzakirə edib