Bank Of Baku

Avropa Mərkəzi Bankının rəhbəri: Dövlət xərclərinin ixtisarı iqtisadiyyatın artımına mane olmayacaq

Avropa Mərkəzi Bankının rəhbəri: Dövlət xərclərinin ixtisarı iqtisadiyyatın artımına mane olmayacaq
# 09 iyul 2010 14:20 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa ölkələrinin büdcə siyasətində dövlət xərclərinin azaldılmasına yönəlmiş yeni tendensiyalar iqtisadi artım yolunda maneə olmayacaq.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, Avropa Mərkəzi Bankının (AMB) sədri Jan Klod Trişe bu açıqlama ilə Almaniyada keçirilən konfransda çıxış edib.

AMB rəhbəri qeyd edib ki, hazırda maliyyə böhranının başa çatması haqda danışmaq tezdir. O, son vaxtlar Avropa İttifaqının bir sıra liderləri tərəfindən səslənən maliyyə konsolidasiyası ideyasını dəstəklədiyini də bildirib: “Konsolidasiya tədbirləri Avropa İttifaqının iqtisadiyyatına müsbət təsir göstərəcək”.

Jan Klod Trişe Avropa banklarının stress-testlərdən keçirilməsinə də dəstəyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR