Bank Of Baku

«AIG Caspian İnsurance Company» işçilərin dələduzluq hərəkətləri ilə bağlı 30 min manatdan çox ödəniş edib

«AIG Caspian İnsurance Company» işçilərin dələduzluq hərəkətləri ilə bağlı 30 min manatdan çox ödəniş edib
# 09 iyul 2010 15:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «American İnternational Group Caspian İnsurance Company» (AIG Caspian İnsurance) sığorta şirkətinin 2010-cu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 1,051 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 2,6% azdır.

Şirkətin Maliyyə Departamentinin direktoru Elmar İslamın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 67,6% azalaraq 38,442 min manata çatıb.

E.İslamın sözlərinə görə, bu müddət ərzində ən çox vəsait «Əmlakın yanğından və digər risklərdən sığortası» (471,280 min manat), «Ümumi mülki məsuliyyətin sığortası» (322,010 min manat) və «Yanğından icbari sığorta» (149,013 min manat) növləri üzrə toplanıb. Bu növlərin xüsusi çəkisi müvafiq olaraq ümumi daxilolmalarda 44,84%, 30,64% və 14,18% təşkil edib.

Ödənişlərə gəldikdə isə, ən çox vəsait «İşçilərin dələduzluq hərəkətlərindən sığorta» (30,265 min manat və ya 78,7%) və «Fərdi qəza və xəstəliklər sığortası» (5,600 min manat və ya 14,57%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçiləri yerli «Caravan İnvestment» şirkəti (51%) və «AIG İnc.» şirkəti (49%) olan «AIG Caspian» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-i vəziyyətinə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR