Bank Of Baku

«Bank Respublika»nın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək

«Bank Respublika»nın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək
# 10 iyul 2010 08:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqustun 21-də «Bank Respublika» ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, növbədənkənar yığıncaqda əsas müzakirə obyekti bankın Müşahidə Şurasının üzvləri təyin edilməsi olacaq. Belə ki, iclasda «Bank Respublika»nın Müşahidə Şurasının üzvlərinin təyin edilməsi məsələsinə baxılacaq. Bundan başqa, yığıncaqda bankın digər cari məsələləri üzrə də müzakirələr aparılacaq.

Qeyd edək ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında «25% + 1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR