Bank Of Baku

«Atəşgah» sığorta şirkəti yeni ofisə köçüb

«Atəşgah» sığorta şirkəti yeni ofisə köçüb
# 12 iyul 2010 08:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkəti bu gündən yeni ofisdə fəaliyyətə başlayıb.

Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Marketinq Departamentinin direktoru Emil Quliyev bildirib.

E.Quliyevin sözlərinə görə, şirkət tərəfindən icarəyə götürülmüş yeni ofis Bakının Cəlil Məmmədquluzadə küçəsi, 998-ci məhəllədə yerləşir. Qeyd edək ki, şirkət əvvəllər İçərişəhər, Sabir küçəsi, 3 ünvanında fəaliyyət göstərib.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (49%), ARDNŞ (30%) və «Ran Exim» şirkəti (21%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 2,7 mln. manat təşkil edir. Şirkətin 8 ofisi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR