Bank Of Baku

Bu gün Estoniyanın avrozonaya daxil olmasına dair yekun qərar qəbul olunacaq

Bu gün Estoniyanın avrozonaya daxil olmasına dair yekun qərar qəbul olunacaq
# 12 iyul 2010 09:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Brüsseldə (Belçika) Avropa İttifaqının (Aİ) maliyyə nazirləri Şurasının iclası keçiriləcək.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iclasda Estoniyanın avrozonaya qoşulması ilə bağlı yekun qərarın qəbul olunması gözlənilir. Aİ-nin maliyyə nazirləri həmçinin Estoniya kronunun məzənnəsinin avroya bağlanması məsələsinə də baxacaq.

Qeyd edək ki, bundan öncə Aİ-nin 27 ölkəsinin maliyyə nazirləri 2011-ci ilin yanvarın 1-dən Estoniyanın Avropa vahid valyuta zonasına daxil olunmasını təsdiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR