Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkətinin daxilolmalarının həcmi 2,5 mln. manatı keçib

«Azərbaycan Sənaye Sığorta» şirkətinin daxilolmalarının həcmi 2,5 mln. manatı keçib
# 12 iyul 2010 09:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkətinin 2010-cu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 2,673 mln. manata çatıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 572,005 min manat təşkil edib.

Bu müddət ərzində şirkətin könüllü sığorta növləri üzrə topladığı haqların həcmi 2,465 mln. manat, icbari sığorta növləri üzrə isə 208,272 min manat təşkil edib. Daxilolmaların strukturunda 1,246 mln. manat «Yüklərin (nəqliyyat) sığortası», 479,855 min manat «Tibbi Sığorta» və 349,783 min manat isə «Əmlakın yanğından və digər risklərdən sığortası» növlərinin payına düşüb.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR