Bank Of Baku

Dünyada qızıla olan tələbat artmaqda davam edəcək

Dünyada qızıla olan tələbat artmaqda davam edəcək
# 12 iyul 2010 10:45 (UTC +04:00)
Bakı. Məhbubə Quliyeva - APA-Economics. Dünyada qızıla olan tələbat getdikcə artır və yaxın gələcəkdə də bunun davam etməsi gözlənilir.

APA-Economics”in türkiyə mətbuatına istinadən xəbərinə görə, bu açıqlama ilə Ümumdünya Qızıl Şurasının (ÜQŞ) Türkiyə nümayəndəliyinin rəhbəri Cihan Göksel çıxış edib.

O, baş ofisi Londonda olan ÜQŞ-nin mənfəət güdməyən bir qurum olduğunu vurğulayaraq, dünyada qızıla tələbatın yüksək olduğu Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Dubay, Türkiyə və ABŞ kimi ölkələrdə ofislərinin olduğunu bildirib.

“Dünya bazarında apardığımız araşdırmalar qızıla olan tələbatın artmaqda davam edəcəyini göstərir. Çünki qızıl risksiz, yox olmayan və hər yerdə istifadə oluna biləcək bir əmtəədir. Heç də təsadüfi deyil ki, son qlobal böhran zamanı ən çox üstünlük verilən sərmayə vasitəsi qızıl olub” - deyə C.Goksel qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR