Bank Of Baku

«Rabitabank» «Kövsər Bank»ı məhkəməyə verib

«Rabitabank» «Kövsər Bank»ı məhkəməyə verib
# 12 iyul 2010 13:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Rabitabank» ASC «Kövsər Bank» ASC-ni 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə verib.

Məhkəmədən «APA-Economics»ə verilən məlumata görə, iddianın əsas mahiyyəti «Kövsər Bank»ın «Rabitabank»a olan borcunun geri qaytarılmamasıdır. Məhkəmədən bildirilib ki, iş üzrə məhkəmə baxışı bu ilin iyul ayının 13-də olacaq.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Car ilin aprel ayının 1-nə bankın aktivləri 108 mln. manat, məcmu kapitalı 16 mln. manat, depozit portfeli 49 mln. manat təşkil edib. Bankın Bakıda 6 filialı, regionlarda 15 filial və şöbəsi olmaqla ümumilikdə 21 filial və şöbəsi fəaliyyət göstərir.

«Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutları Audit və Mühasibat Təşkilatının üzvüdür. Bankın 2 filialı, 2 bankomatı və 25 işçisi var. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR