Bank Of Baku

«Azərbaycan Kredit Bankı» son bir ildə əhalidən cəlb etdiyi əmanətlərin həcmini 28% artırıb

«Azərbaycan Kredit Bankı» son bir ildə əhalidən cəlb etdiyi əmanətlərin həcmini 28% artırıb
# 12 iyul 2010 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Kredit Bankı» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 23,546 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 15% azdır.

Bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın depozit portfeli 28% genişlənərək 6,158 mln. manat, o cümlədən əhalinin əmanətləri 28% artaraq 6,127 mln. manata çatıb.

Həmçinin bankın kredit portfeli 14,4% artaraq 21,670 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 59% artaraq 3,507 mln. manat, məcmu kapitalı 39% azalaraq 7,906 mln. manat, o cümlədən nizamnamə kapitalı 12% artaraq 101,429 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında bankın ümumi gəlirləri -852 min manat, xərcləri isə 2,259 mln. manat olub. Nəticədə bankın zərəri 5,311 mln. manat göstərilib.

Xatırladaq ki, son bir il ərzində bankın müştərilərinin sayı 11,2% artaraq 3 060 nəfərə, o cümlədən fiziki şəxslərin sayı 11,4% artaraq 2 843, hüquqi şəxslərin sayı isə 8% artaraq 217 nəfərə çatıb. Bu müddət ərzində işçilərin sayı 3% artaraq 36 nəfər, işçilər üçün orta aylıq əmək haqqı isə 31,6% azalaraq 1 306 manat təşkil edib. Təsisçisi 11 fiziki şəxs olan «Azərbaycan Kredit Bankı» 2005-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR