Bank Of Baku

USAİD-in koordinatoru Azərbaycan Mərkəzi Bankının rəhbəri ilə görüşüb

USAİD-in koordinatoru Azərbaycan Mərkəzi Bankının rəhbəri ilə görüşüb
# 12 iyul 2010 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə koordinator əvəzi Kit Simmonsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə AMB ilə USAİD arasında mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və həyata keçirilən layihələr çərçivəsində görülmüş işlər müzakirə olunub.

Nümayəndə heyətinin rəhbəri Kit Simmons təmsil etdiyi qurumun Azərbaycanla, xüsusilə AMB ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib. USAİD-in Azərbaycanın bank sektoru ilə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan nümayəndə heyətinin üzvləri bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduqlarını qeyd ediblər.

E.Rüstəmov Azərbaycanın USAİD-lə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək, USAİD-in Azərbaycanın bank sisteminin inkişafında texniki yardımlar vasitəsilə yaxından iştirakını təqdirəlayiq hesab edib.

Görüşdə həmçinin AMB ilə USAİD arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR