Bank Of Baku

Avropa İttifaqı ölkələri bir-birinin büdcələrini izləyəcək

Avropa İttifaqı ölkələri bir-birinin büdcələrini izləyəcək
# 13 iyul 2010 07:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bundan sonra Avropa İttifaqına (Aİ) daxil olan ölkələr dövlət büdcələrinin qarşılıqlı monitorinqini aparacaq.

«APA-Economics»in «BBC News»a istinadən verdiyi məlumata görə, bu tədbirlərin birgə iqtisadi əlaqələrə və vahid valyutaya (avroya) etibarı bərpa edəcəyi gözlənilir.

Aİ prezidenti German van Rompey büdcə monitorinqinin konkret alətlərini açıqlamasa da, bildirib ki, onlar həm maliyyə, həm də qeyri-maliyyə ola bilər.

Qeyd edək ki, ötən gün Brüsseldə (Belçika) Aİ-nin maliyyə nazirləri Şurasının iclası keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR