Bank Of Baku

BVF: Avropadakı borc böhranı Asiya üçün də risk yarada bilər

BVF: Avropadakı borc böhranı Asiya üçün də risk yarada bilər
# 13 iyul 2010 08:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hazırda Avropada müşahidə olunan borc böhranı Asiya üçün də risk yarada bilər.

«APA-Economics»in «Reuters»ə istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Dominik Stross-Kan bildirib.

Onun sözlərinə görə, Avropada baş verən böhranın mənfi nəticələri Asiya regionuna da təsir edə, nəticədə bu regionda ilk növbədə iqtisadi artım zəifləyə bilər.

BVF rəhbəri onu da qeyd edib ki, hazırda Asiya regionu dünya iqtisadiyyatının bərpasında vacib rol oynayır. Fondun proqnozlarına əsasən, 2010-cu ildə Asiyada iqtisadi artım 7,75% təşkil edəcək. Halbuki dünya iqtisadiyyatının artımı 4,6% səviyyəsində proqnozlaşdırılır.

Bununla yanaşı, D.Stross-Kan Asiya hökumətlərinə milli bazarlarda istehlakı daha aktiv stimullaşdırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR