Bank Of Baku

Bakıda «MCB Leasing» şirkətinin rəsmi açılışı olub

Bakıda «MCB Leasing» şirkətinin rəsmi açılışı olub
# 13 iyul 2010 11:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Pakistan «MCB Bank»ının təsisçiliyi yaradılan «MCB Leasing» şirkətinin rəsmi açılışı olub.

«APA-Economics»in məlumatına görə, tədbirdə “MCB Leasing” şirkətinin İdarə Heyətinin sədri Ramal Cəfərov qeyd edib ki, bu şirkətin yaradılmasında əsas məqsəd Azərbaycanın maliyyə sektorunda, xüsusən də qeyri-neft sektorunda sərfəli şərtlərlə xidmətlər göstərməkdən ibarətdir. Şirkət Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən kommersiya qurumlarının, eyni zamanda istehlakla bağlı bir sıra layihələri maliyyələşdirmək niyyətindədir.

Pakistanın Azərbaycandakı səlahiyyətli səfiri Abdul Həmid iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. «Hazırda Azərbaycanla Pakistan arasındakı ticarət dövriyyəsinin ümumi həcmi 11 mln. dollar təşkil edir. Münasibətləri nəzərə alaraq deyə bilərəm ki, ticarət dövriyyəsinin həcmi olduqca azdır. Mən bunu iki ölkə arasında birbaşa aviareyslərin, həmçinin digər nəqliyyat növlərinin mövcud olmaması ilə izah edə bilərəm», - deyə səfir bildirib.

A.Həmidin sözlərinə görə, bu şirkətin Azərbaycanda fəaliyyətə başlaması ilə Pakistan Azərbaycana iri həcmli investisiyalar yatıra bilər. Bu isə öz növbəsində ticarət dövriyyəsinin artımına səbəb olacaq.

Qeyd edək ki, tədbirdə “MCB Leasing” şirkətinin Müşahidə Şurasının sədri Mian Muhammad Manşa, şirkətin səhmdar kapitalında 5%-lik paya sahib olan Namiq Səfərov və bir neçə millət vəkili iştirak edib.

Xatırladaq ki, «MCB Leasing» şirkəti 2009-cu ilin oktyabr ayında qeydiyyatdan keçib. Şirkətin səhmdar kapitalında 95% «MBC Bank»a, 5% isə Namiq Səfərova məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR