Bank Of Baku

«MCB Leasing» şirkəti bu il lizinq portfelini 2 mln. manata çatdıracaq

«MCB Leasing» şirkəti bu il lizinq portfelini 2 mln. manata çatdıracaq
# 13 iyul 2010 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Pakistanın Azərbaycanda fəaliyyət göstərən «MCB Leasing» şirkəti cari ilin sonuna kimi lizinq portfelini 2 mln. manata çatdıracaq.

«APA-Economics»in məlumatına görə, bunu «MCB Leasing» şirkətinin İdarə Heyətinin sədri Ramal Cəfərov bildirib.

R.Cəfərovun sözlərinə görə, əsas maliyyələşən sahələr qeyri-neft sektoru, istehsalat, emal və tibb sahəsi olacaq: “Şirkətin İslam prinsiplərinə uyğun xidmətlər göstərmək niyyəti var, lakin bu, yaxın illər üçün nəzərdə tutulan strateji planda nəzərdə tutulmayıb”.

Xatırladaq ki, «MCB Leasing» şirkəti 2009-cu ilin oktyabr ayında qeydiyyatdan keçib. Şirkətin səhmdar kapitalında 95% «MBC Bank»a, 5% isə fiziki şəxs qismində çıxış edən Namiq Səfərova məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR