Bank Of Baku

«DəmirBank» sosial yönümlü fəaliyyətinə görə beynəlxalq mükafatla təltif edilib

«DəmirBank» sosial yönümlü fəaliyyətinə görə beynəlxalq mükafatla təltif edilib
# 13 iyul 2010 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC 2010-cu ildə sosial yönümlü fəaliyyəti üzrə «Microfinance Information Exchange Market Inc.» tərəfindən «Gümüş» kateqoriyalı mükafata layiq görülüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mikromaliyyə sektoru üzrə məlumatlandırma provayderi olan «Microfinance Information Exchange Market Inc.» CGAP, «Michael & Susan» «Dell Foundation», «Ford Foundation» kimi tanınmış beynəlxalq təşkilatlar tərəfindən təsis edilib. «Microfinance Information Exchange Market» hər il bankların və mikromaliyyə institutlarının sosial yönümlü fəaliyyətini 22 əsas parametr üzrə qiymətləndirir.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, «DəmirBank»ın fəaliyyəti, ölkənin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdə iştirakı, geniş regional filial şəbəkəsi, sahibkarlığın kreditləşdirilməsi, əhalinin geniş təbəqəsini əhatə edən mikro-kreditləşmə proqramları, əhali və şirkətlər üçün bank xidmətlərinə və maliyyə resurslarına çıxışın genişləndirilməsi bu mükafatın verilməsinin səbəbləri sırasında qeyd oluna bilər.

Qeyd edək ki, «DəmirBank» 15-dən çox beynəlxalq mikromaliyyə institutları ilə əməkdaşlıq edir. Bu təşkilatlar bankların sosial yönümlü fəaliyyətinə böyük önəm verir və “DəmirBank”ın bu sahədə sertifikatla təltif edilməsi böyük əhəmiyyətə malikdir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR