Bank Of Baku

«Paşa Sığorta» şirkəti ilə «United Credit Bank» arasında tibbi sığortaya dair müqavilə imzalanılıb

«Paşa Sığorta» şirkəti  ilə «United Credit Bank» arasında tibbi sığortaya dair müqavilə imzalanılıb
# 13 iyul 2010 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti «United Credit Bank»ın korporativ tibbi sığortaçısının seçilməsi üzrə keçirilən müsabiqə prosesinin nəticələrinə görə qalib elan olunub.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «United Credit Bank» ASC-nin İdarə Heyətinin sədri Azad İsgəndərov və «Paşa Sığorta»nın İdarə Heyətinin sədri Nofəl Rzayev tərəfindən imzalanmış tibbi sığorta üzrə müqavilə müxtəlif kateqoriyalı bank və inzibati personalı özündə birləşdirməklə bütün işçi heyətini əhatə edir.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin sözlərinə görə, bank əməkdaşlarının tibbi sığorta proqramının yenilənməsinə çoxdan hazırlaşıb. «Paşa Sığorta» tərəfindən təklif olunan layihənin icra modeli, göstərilən xidmətlərin spektri və müqavilənin qiymət amili bizim bankımız üçün ən uyğun seçim oldu. Biz həmçinin «Paşa Sığorta» ilə digər bank sığorta məhsulları üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün yaxşı perspektivlər görürük», - deyə V.Əliyev bildirib.

Qeyd edək ki, «Pasha Sığorta» şirkəti Azərbaycan Mərkəzi Bankı, «Bank Respublika», «Paşa Bank», «Access Bank», «Dəmir Bank» və «Bank Avrasiya»nın işçilərinin tibbi sığortaçısıdır.

«Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Şirkət 9 mln. manat nizamnamə kapitalı və 19 mln. manat aktivlə ölkənin aparıcı sığortaçılarının ilk üçlüyünə daxildir. Hazırda şirkət 4 icbari və 26 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR