Bank Of Baku

«Azərqarant» şirkəti ötən bir ildə sığorta ödənişlərinin həcmini 84% azaldıb

«Azərqarant» şirkəti ötən bir ildə sığorta ödənişlərinin həcmini 84% azaldıb
# 13 iyul 2010 14:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkətinin 2010-cu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 290,236 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 9,3% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 84,3% azalaraq 10,995 min manat təşkil edib.

Hesabat dövründə toplanan sığorta haqlarının çox hissəsi «Fərdi qəza sığortası» (135,255 min manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (60,340 min manat) və «Kasko sığortası» (44,204 min manat) növlərinin payına düşüb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi isə müvafiq olaraq 46,6%, 20,8% və 15,2% təşkil edib.

Ödənişlərə gəldikdə, ən çox vəsait «Kasko sığortası» (8,045 min manat və ya 73,2%), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (2 min manat və ya 18,2%) və «Tibbi sığorta» (889 manat və ya 8,1%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,7 mln. manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR