Bank Of Baku

Türkiyə Sərmayə Bazarı Qurumu ilə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında saziş imzalanıb

Türkiyə Sərmayə Bazarı Qurumu ilə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında saziş imzalanıb
# 13 iyul 2010 15:44 (UTC +04:00)
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, saziş iki ölkə arasında informasiya mübadiləsi və texnoloji əməkdaşlığın inkişafını nəzərdə tutur. Sənəd SPK-nın rəhbəri Vedat Akgiray və Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı tərəfindən imzalanıb. Mərasimdə Bakı Fond Birjası İdarə Heyətinin sədri Xəyal Abdinov və Azərbaycan Milli Depozit Mərkəzi İdarə Heyətinin sədri Bəxtiyar Əzizov da iştirak edib.

V. Akgiray bildirib ki, imzalanan sənədlə tərəflər arasındakı əlaqələr, əməkdaşlıq hüquqi zəmin qazanıb və qurumlar arasında hər cür əməliyyatın yolu açılıb. O, dünyada yaşanan maliyyə böhranından sonra beynəlxalq əməkdaşlığın əhəmiyyətinin daha da artdığını vurğulayıb: “Heç bir ölkə “dünyadan mənə nə, mən istədiyimi edərəm” deyə bilməz. Hamı əməkdaşlıq etməlidir. Bu anlaşmadan sonra artıq Azərbaycanla birlikdə iş görə biləcəyik”. V. Akgiray indiyə qədər 26 ölkə ilə anoloji sənəd imzaladıqlarını əlavə edib.

R. Aslanlı da qarşılıqlı əlaqələri inkişaf etdirmək istədiklərini söyləyib. Azərbaycanın qiymətli kağızlar bazarı haqqında danışan R. Aslanlı deyib ki, birjada 92% təşkil edən dövlət səhmlərinin həcmi son vaxtlar 80%-ə geriləyib və özəl sektorun payı artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR