Bank Of Baku

Dövlət Statistika Komitəsi: Ötən ay Azərbaycanda deflyasiya müşahidə olunub

Dövlət Statistika Komitəsi: Ötən ay Azərbaycanda deflyasiya müşahidə olunub
# 13 iyul 2010 16:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri may ayı ilə müqayisədə 0,6% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,1% ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.

Ötən ayda ərzaq məhsullarından düyünün, buğda ununun, qoyun ətinin, toyuq əti və toyuq budunun, təzə və dondurulmuş balığın, pasterizə olunmuş və olunmamış üzlü südün, xamanın, kərə yağının, bananın, albalı və gilasın, alçanın, çiyələyin, pomidorun, xiyarın, badımcanın, lobyanın, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun qiymətləri ucuzlaşmışdır. Ucuzlaşma ilə yanaşı ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub. Məsələn, suda bişmiş kolbasanın, mal ətinin, sterizə olunmuş üzlü südün, süfrə marqarininin, brınza pendirinin, yumurtanın, zeytun yağının, şəkərin, limonun, almanın, naringinin, fındığın, kələmin, göyərtinin qiymətləri bahalaşıb.

İyun ayında əhaliyə göstərilən pullu xidmətlərdən respublikadan kənara hava və dəmir yolu sərnişindaşıma nəqliyyatı üzrə tariflər bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR