Bank Of Baku

Avropa İttifaqı Estoniyanı Avrozonaya daxil edib

Avropa İttifaqı Estoniyanı Avrozonaya daxil edib
# 13 iyul 2010 16:48 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa İttifaqının (Aİ) maliyyə nazirləri Şurası Estoniyanın avrozonaya daxil olması haqda yekun qərar qəbul edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, qərara əsasən 1 yanvar 2011-ci ildən Estoniya avrozonaya üzv olan 17-ci ölkə olacaq.

Digər qərarla avronun eston kronuna nisbətdə kursu da müəyyənləşib və hazırkı kurs saxlanılıb - 1 avro : 15,6466 kron.

Qeyd edək ki, bu və ya digər ölkənin avrozonaya daxil olmasının əsas şərtlərindən biri büdcə kəsirinin ÜDM-in 3%-nə qədər ixtisar olunmasıdır. Avropa Komissiyasının proqnozuna əsasən, 2010-cu ildə Estoniyanın bu göstəricisi 2,4% olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR