Bank Of Baku

«Bank Respublika»nın keçirdiyi «Blizko ilə birgə» aksiyasının qalibləri müəyyənləşib

«Bank Respublika»nın keçirdiyi «Blizko ilə birgə» aksiyasının qalibləri müəyyənləşib
# 19 iyul 2010 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Bank Respublika»nın Masallı filialının və Gəncə şöbəsinin əməkdaşları «Blizko sistemi» üzrə pul köçürmə xidmətləri göstərən məntəqələrinin əməliyyatçıları arasında keçirilən «Blizko ilə birgə» aksiyasının qalibləri olub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aksiya 2010-cu ilin aprel-iyun aylarında «Blizko» sistemi üzrə aparılan əməliyyatların sayına görə sistemin ən aktiv iştirakçının seçilməsi məqsədilə keçirilib.

Aksiyanın yekunlarına əsasən, «Bank Respublika»nın 2 əməkdaşı hər biri 200-dən artıq tranzaksiya edərək sistemin ən aktiv operatorları seçilib. Masallı filialının aparıcı mütəxəssisi Bəhruz Babayev və Gəncə şöbəsinin aparıcı mütəxəssisi xanım Maisə Katibova kampaniyanın keçirildiyi dövr ərzində ən çox əməliyyat edərək «Blizko» sistemindən hədiyyələrə sahib olublar.

Qeyd edək ki, «Blizko» təcili pul köçürmələri sistemi Rusiyanın «Svyaz Bank»ı tərəfindən təsis olunub və 6 min məntəqəyə malikdir. Sözügedən sistem vasitəsilə pul köçürmələrini Rusiya rublu, ABŞ dolları və avroda aparmaq mümkündür.

Hazırda «Bank Respublika» «Western Union», «Coinstar», «Contact», «PrivatMoney», «Bıstraya poçta», «Blizko», «Xpress Money», «Allür» və «Zolotaya Korona» pul köçürmə sistemləri vasitəsi ilə əhaliyə təcili pul köçürmə xidmətləri göstərir. Pul köçürmələri 1 - 15 dəqiqə ərzində həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR