Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi fevral ayının iş qrafikini açıqlayıb

Azərbaycan Bank Tədris Mərkəzi fevral ayının iş qrafikini açıqlayıb
# 08 fevral 2011 08:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) fevral ayında keçiriləcək kursların adlarını açıqlayıb. ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, fevralın 14-16-da «Kadr işinin hüquqi təminatı» (ödəniş 300 manat), fevralın 19-26-da «Vaxtın idarə edilməsi» (200 manat), fevralın 21-24-də isə «Marketinq və satış» (400 manat) mövzusu üzrə kurslar təşkil olunacaq.

Qeyd edək ki, kurslar üçün göstərilən ödəniş məbləğlərinə ƏDV daxil deyil.

Xatırladaq ki, ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa İttifaqının TACIS Proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir. ABTM kommersiya bank işi və biznesin idarə edilməsi üzrə 1 847 dinləyicinin iştirak etdiyi 116 kurs keçirərək, Azərbaycanın ən böyük təlim müəssisəsi sayılır. ABTM hazırda Avropa Yaşlıların Təhsili Assosiasiyası, Avropa Bank Tədrisi Şəbəkəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR