Bank Of Baku

IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb

İslam İnkişaf Bankının İqtisadi və Sosial İnfrastruktur Departamentinin direktoru İdrissa Dia

© APA | İslam İnkişaf Bankının İqtisadi və Sosial İnfrastruktur Departamentinin direktoru İdrissa Dia

# 16 iyun 2026 10:53 (UTC +04:00)

İslam İnkişaf Bankının (IsDB) üzv ölkələrində təxminən 150 milyon gənc təhsil, məşğulluq və peşə hazırlığı imkanlarından kənarda qalır.

"APA-Economics" xəbər verir ki, bunu İslam İnkişaf Bankının İqtisadi və Sosial İnfrastruktur Departamentinin direktoru İdrissa Dia Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində "Sərhədsiz Gənclər: Ortaq Regional Rifahın Hərəkətverici Qüvvəsi" mövzusunda təşkil olunan sessiyada bildirib.

Onun sözlərinə görə, dünyada hər beş gəncdən biri nə təhsil alır, nə işləyir, nə də peşə hazırlığı keçir: "Ərəb ölkələrində gənclər arasında işsizlik səviyyəsi 28 faiz, Mərkəzi Asiya və Qafqaz regionunda isə orta hesabla 14 faizdir".

O vurğulayıb ki, əsas problem gənclərdə istedad və ya ambisiyanın olmaması deyil, onların potensialını reallaşdırmasına mane olan baryerlərin mövcudluğudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR