Bank Of Baku

Azərbaycandan Gürcüstana pul köçürmələri 20%-ə yaxın azalıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 20%-ə yaxın azalıb
# 16 iyun 2026 10:55 (UTC +04:00)

Ötən ay Azərbaycandan Gürcüstana 2,76 milyon ABŞ dolları həcmində pul köçürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

İllik müqayisədə məbləğ 19,42% azalıb. Gürcüstana daxil olan pul köçürmələrində Azərbaycanın payı 0,81% olub.

Hesabat ayında Gürcüstandan Azərbaycana isə 7,28 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, bu da ötən ilin analoji göstəricisindən 38% çoxdur.

May ayında xarici ölkələrdən Gürcüstana ümumilikdə 339,85 milyon ABŞ dolları həcmində pul köçürmələri daxil olub. Gürcüstandan xarici ölkələrə göndərilən pul vəsaitlərinin həcmi isə 37 milyon ABŞ dolları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR