Bank Of Baku

Azərbaycan Mərkəzi Bank pul-kredit siyasətini sərtləşdirməyə başlayıb

Azərbaycan Mərkəzi Bank pul-kredit siyasətini sərtləşdirməyə başlayıb
# 08 fevral 2011 08:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notlar bazarında təklifi genişləndirir və bunun nəticəsində pul-kredit siyasətinin sərtləşdirilməsinin bir üsulu olan bank sistemində sərbəst pul vəsaitlərinin sterilizasiyası siyasətinə qayıdır. «APA-Economics»in məlumatına görə, 2011-ci ilin yanvar ayı ərzində notların yerləşdirilməsi həcmi illik müqayisədə 3,6 dəfə artaraq 48,9 mln. manata çatdırılıb və artım tendensiyasının davam edəcəyi gözlənilir.

Belə ki, fevralın 9-na nəzərdə tutulan hərracda AMB tərəfindən real təklifin həcmi 20 mln. manat təşkil edir və bu, ötən ilin müvafiq göstəricilərindən dəfələrlə çoxdur.

Eyni zamanda qeyd olunmalıdır ki, notlar üzrə hərraclarda banklar tərəfindən irəli sürülən tələbat hətta artırılmış təklifi də üstələyir ki, həmin amillər bank sistemində likvidliyin ifrat səviyyədə olduğunu, bankların sərbəst vəsaitlərini yönəldə biləcəyi istiqamətlərin məhdud olduğunu və pul-kredit siyasətinin sərtləşdirilməsinin zərurətini göstərir.

Hazırda notlar üzrə illik gəlirlik 2%-dən aşağıdır, buna baxmayaraq banklar bu qiymətli kağızlara böyük maraq göstərir. Bu fakt da bankların digər və daha gəlirli aktivlərin alınması sahəsində, habelə kreditləşmənin genişləndirilməsində müxtəlif səbəblərə bağlı imkanlarının olmadığını əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR