Bank Of Baku

«Bank Standard» korporativ müştərilər üçün yeni depozit məhsulunu hazırlayıb

«Bank Standard» korporativ müştərilər üçün yeni depozit məhsulunu hazırlayıb
# 08 fevral 2011 10:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC işçilərinə dəyər verən şirkətlər üçün «Loyal» adlı yeni depozit məhsulunu təqdim edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Loyal» depoziti korporativ müştərilər üçün nəzərdə tutulub və şirkətlərin əməkdaşlarını mükafatlandırmaq məqsədi ilə hazırlanıb. Bu depozit məhsulunun əsas cəlbedici xüsusiyyəti kimi onun uzunmüddətli stimullaşdırıcı təsirə malik olması göstərilir.

Məhsuldan faydalanmaq istəyən şirkət «Bank Standard»la müvafiq əməkdaşlıq müqaviləsi bağlayır. Müqavilə əsasında şirkət banka öz əməkdaşlarının siyahısını təqdim edib onların adına depozit hesablarının açılmasını tapşırır. Həmin hesablar açıldıqdan sonra şirkət onlara müntəzəm şəkildə vəsait əlavə edilir. Depozit hesabları şirkətin istəyinə görə 1, 2 və ya 3 il müddətinə açılır. Müddətin hər növbəti ili üçün daha yüksək faiz dərəcəsi tətbiq olunur. Hesablardakı vəsaitlərin faiz gəlirləri hər ay avtomatik olaraq əsas məbləğə əlavə edilir.

Qeyd edək ki, işçinin adına hesab açmaq üçün tələb olunan ilkin məbləğ onun aylıq əmək haqqının minimum 10%-ni təşkil etməlidir. Eyni məbləğ həddi sonrakı aylıq ödənişlərə də aiddir. İlkin ödəniş və sonrakı əlavə məbləğlər şirkətin müvafiq mükafat fondundan köçürülür.

Müqavilənin qüvvədə olduğu müddət ərzində bütün depozit hesabları yalnız şirkət tərəfindən idarə oluna bilər. Beləliklə, bir tərəfdən işçilər onların adına hesabların açıldığından və bu hesablara müntəzəm olaraq vəsait artırıldığından xəbərdar olurlar, digər tərəfdən isə həmin hesablar şirkətin nəzarəti altında saxlanılaraq stimulun uzunmüddətli təsiri təmin olunur. İşçilər isə həmin hesablarda toplanmış vəsaitləri almaq haqqını yalnız depozit müqaviləsinin başa çatdığı tarixdə əldə edirlər.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 67 bankomatı, 420 POS-terminalı və 437 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR