Bank Of Baku

«Qafqaz İnkişaf Bankı» ötən il zərərini 28% azaldıb

«Qafqaz İnkişaf Bankı» ötən il zərərini 28% azaldıb
# 09 fevral 2011 12:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Qafqaz İnkişaf Bankı» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 33,514 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 6,4% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 28,2% azalaraq 3,151 mln. manat, o cümlədən əhalinin əmanətləri 2,6 dəfə artaraq 1,074 mln. manat, tələb olunanadək depozitlər isə 48% azalaraq 2,077 mln. manat olub. Bankın kredit portfeli 4,6% azalaraq 28,780 mln. manata, o cümlədən istehlak kreditləri 19% artaraq 1,804 mln. manata, 12 ayadək verilmiş kreditlər 35% azalaraq 5,551 mln. manata, 12 aydan artıq müddətə verilmiş kreditlər 7,5% artaraq 23,229 mln. manata, vaxtı keçmiş kreditlər 1,6% azalaraq 1,496 mln. manata, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərin həcmi 4,8% azalaraq 179 min manata, bankın öz proqramı vasitəsi ilə verdiyi ipoteka kreditləri isə 49% artaraq 814,7 min manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 8,2% azalaraq 8,715 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il bankın ümumi gəlirləri 10,2% azalaraq 1,438 mln. manat, xərcləri isə 17% azalaraq 2,136 mln. manat olub. Nəticədə, 2010-cu ildə bankın zərəri 28% azalaraq 698 min manata çatıb.

Bu dövr ərzində bankın müştərilərinin sayı 13% artaraq 1 172, o cümlədən fiziki şəxslərin sayı 23% artaraq 633, hüquqi şəxslərin sayı isə 2,9% artaraq 539 olub.

Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» ASC 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın respublika üzrə 2 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR