Bank Of Baku

Böyük Britaniyanın ticarət kəsiri rekord həddə çatıb

Böyük Britaniyanın ticarət kəsiri rekord həddə çatıb
# 10 fevral 2011 07:35 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın 1980-ci ildən təhlil olunan ticarət kəsiri ötən ilin dekabr ayında rekord həddə çatıb.

APA-Economics”in “Sky News”a istinadən xəbərinə görə, ticarət balansının mənfi saldosu 9,3 mlrd. funt-sterlinq təşkil edib ki, bu da noyabr ayında qeydə alınan anti-rekorddan 1,2 mlrd. funt-sterlinq çoxdur.

Ümumilikdə 2010-cu ilin ticarət kəsiri 97,2 mlrd. funt-sterlinq olub ki, bu da bir il əvvəlki göstəricini 14,8 mlrd. funt-sterlinq üstələyib.

Mütəxəssislər ticarət kəsirinin kəskin artmasını ötən ilin son ayında yağan güclü qarla əlaqələndirirlər. 2010-cu ilin dekabr ayı son 100 ilin ən soyuq ayı olub və nəticədə Böyük Britaniyanın bir çox aeroportları bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR