Bank Of Baku

Martda «Turanbank»ın səhmdarlarının növbəti iclası keçiriləcək

Martda «Turanbank»ın səhmdarlarının növbəti iclası keçiriləcək
# 10 fevral 2011 08:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin martın 17-də «Turanbank» ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Nazim Sadıqov bildirib.

N.Sadıqovun sözlərinə görə, iclasda səhmdarlar tərəfindən bankın 2010-cu il üzrə fəaliyyətinin yekunları və digər cari məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR