Bank Of Baku

Azərbaycanın XÖHKS sistemi ilə aparılan əməliyyatlar artıb

Azərbaycanın XÖHKS sistemi ilə aparılan əməliyyatlar artıb
# 06 may 2011 13:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) apardığı ödənişlərin həcmi 2011-ci ilin mart ayında 540 mln. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, fevral ayı ilə müqayisədə bu göstərici 79 mln. manat və ya 17,1% artıb.

Qeyd edək ki, XÖHKS ilə aparılan ödənişlərin sayında da mütənasib artım baş verib. Belə ki, bu göstərici əvvəlki ayla müqayisədə 17,7% artaraq 1 082 minə çatıb.

Mart ayında XÖHKS üzrə bir ödənişin ortalama həcmi 499 manat təşkil edib ki, bu da fevral göstəricisindən 0,6% azdır.

Ötən ilin martına nisbətən XÖHKS ilə aparılan əməliyyatların sayı 22,1%, həcmi isə 16,9% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR