Bank Of Baku

Azərbaycanda istehlak kreditləşməsi bərpa olunur

Azərbaycanda istehlak kreditləşməsi bərpa olunur
# 06 may 2011 14:10 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlindən istehlak kreditlərinin həcmi 2,2%, mart ayında isə 0,5% artıb.

Eyni zamanda, istehlak kreditlərinin ümumi kredit portfelində xüsusi çəkisində artım müşahidə olunur. Belə ki, il ərzində bu göstərici 4,7 faiz bəndi artaraq 33%-ə çatıb ki, bu da bankların məcmu kredit portfelində yer alan sahələr arasında ən yüksək göstəricidir.

Beləliklə, Azərbaycanda istehlak kreditləşməsinin yenidən bərpa olunduğunu görürük. Xatırladaq ki, bank sistemi üçün böhran ili olmuş 2009-cu il ərzində istehlak kreditləşməsində 0,3%-lik azalma baş verib, bu da böhran şəraitində banklar tərəfindən ilk növbədə istehlak kreditləri ilə bağlı fəallığın azaltmasının nəticəsi olub. Ötən il və hazırda banklar nağd pul kimi və malların alınması üçün istehlak kreditlərini tədricən artırır. Aydındır ki, əvvəlki illərin artım templəri yaxın vaxtlarda bərpa edilməyəcək, lakin yaranan tendensiya müsbətdir.

Xatırladaq ki, 2008-ci ildə istehlak kreditlərində 41%, 2007-ci ildə 2,1 dəfə, 2006-cı ildə 2 dəfə artım müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR