Bank Of Baku

«Bank Respublika» qiymətli kağızlara yatırdığı investisiyalarını kəskin artırıb

«Bank Respublika» qiymətli kağızlara yatırdığı investisiyalarını kəskin artırıb
# 06 may 2011 14:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Econmomics. Azərbaycanın «Bank Respublika» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 146,786 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 17,08% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın istehlak kreditləri 35,6% azalaraq 40,042 mlın. manat, ipoteka kreditlərinin (Azərbaycan İpoteka Fondunun xətti ilə) həcmi isə 4,87% azalaraq 17,771 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın qiymətli kağızlar bazarına yatırdığı investisiyaların həcmi 5,3 dəfə artaraq 16,803 mln. manat, xarici öhdəlikləri isə 16% azalaraq 64,473 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalının «25%+1 səhm» paketinə sahib olan Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» təşkilatı da var. Cari ilin aprelin 1-nə bankın 28 filialı, 45 bankomatı, 259 POS-terminalı və 501 mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR