Bank Of Baku

«Qafqaz İnkişaf Bankı» I rübdə depozit portfelini 2 dəfə artırıb

«Qafqaz İnkişaf Bankı» I rübdə depozit portfelini 2 dəfə artırıb
# 06 may 2011 14:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı» ASC-nin depozit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 7,286 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın müddətli depozitlərinin həcmi 2,8 dəfə artaraq 1,193 mln. manat, tələb olunanadək depozitlər 2,1 dəfə artaraq 6,093 mln. manat, əhalinin əmanətləri isə 2,8 dəfə artaraq 1,193 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın respublika üzrə 2 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR