Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini qaldırıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini qaldırıb
# 06 may 2011 15:18 (UTC +04:00)
Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankların xarici valyutada olan öhdəlikləri üzrə məcburi ehtiyat norması da artırılaraq 2%-dən 3%-ə yüksəldilib.

AMB-nin bəyanatında deyilir ki, son aylar dünya iqtisadiyyatında başlanmış canlanma prosesləri qlobal enerji daşıyıcıları və ərzaq bazarlarında qiymətlərin yüksəlməsi ilə müşayiət olunur. Eyni zamanda dünya ölkələri və regionları arasında iqtisadi artım dinamikası və maliyyə sabitliyi göstəriciləri əhəmiyyətli fərqlənir. Bu şəraitdə davamlı artan və cəlbedici olan ölkələrə kapital axınlarının güclənməsi müşahidə olunur. Mövcud qlobal iqtisadi situasiyada Azərbaycan iqtisadiyyatında artım prosesləri davam edir, iqtisadi fəallıq və istehsal güclərinin yüklənmə səviyyəsi artır. Ölkənin tədiyyə balansının müsbət saldosu və valyuta ehtiyatları davamlı sürətdə artır. Pul kütləsinin potensial artım mənbələri də genişlənir. Bu şəraitdə inflyasiyaya təsir edən amillərin çevik idarə olunması mühüm vəzifə olaraq qalır və bu amilləri nəzərə alaraq uçot dərəcəsinin artırması məqsədəuyğun hesab olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR