Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankında İslam Bankçılığı ilə bağlı yeni struktur vahidi yaradılır

Azərbaycan Beynəlxalq Bankında İslam Bankçılığı ilə bağlı yeni struktur vahidi yaradılır
# 07 may 2011 08:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı üzrə ixtisaslaşan yeni strukturun yaradılması məqsədi ilə kənar məsləhətçi şirkətin cəlb edilməsi barədə tender elan edib.

«APA-Economics»in məlumatına görə, tenderin predmeti Bank daxilində İslam Bankçılığı üzrə ixtisaslaşan yeni strukturun yaradılması, yeni strukturun kadr və texniki resurslarının formalaşdırılması, İslam Bankçılığı çərçivəsində çoxçeşidli maliyyə xidmətləri və maliyyələşdirmə alətlərinin tətbiqini həyata keçirmək üçün kənar məsləhətçi şirkətin seçilməsidir.

Tenderin şərtlərinə əsasən, iddiaçılar tender təkliflərini və digər sənədləri 2011-ci ilin mayın 30-u saat 17:00-dək Azərbaycan Beynəlxalq Bankına təqdim etməlidir. Zərflər 2011-ci ilin iyunun 6-da açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR