Bank Of Baku

«Zamin Bank» son bir ildə əhalidən cəlb etdiyi əmanətlərin həcmini 53% artırıb

«Zamin Bank» son bir ildə əhalidən cəlb etdiyi əmanətlərin həcmini 53% artırıb
# 09 may 2011 08:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin depozit portfeli 2011-ci ilin aprel ayının 1-nə 54,907 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 57,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın müddətli depozitlərinin həcmi 45,342 mln. manata, tələb olunanadək depozitləri 9,565 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 53% genişlənərək 48,881 mln. manata çatıb.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 35 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 37 bankomatı, 1 891 POS-terminalı və 595 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR