Bank Of Baku

Azərbaycan Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib

Azərbaycan Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib
# 09 may 2011 09:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) İdarə Heyətinə yeni sədr təyin edilib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin marketinq şöbəsinin əməkdaşı Samir Güləhmədzadə bildirib.

S. Güləhmədzadənin sözlərinə görə, əvvəllər şirkətin İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışmış Sadıq Məmmədov BSŞ-nin İdarə Heyətinin sədri seçilib. S. Məmmədovun yerinə isə şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsini icra etmiş Nərmin Mahmudova təyin edilib.

S. Güləhmədzadə bildirib ki, S. Məmmədovdan əvvəl bu vəzifəni Feyruz Novruzov icra edib. Şirkət rəsmini F. Novruzovun yeni iş yeri barədə xəbərsiz olduğunu qeyd edib.

Xatırladaq ki, şirkətin İdarə Heyətinin sədri S. Məmmədov, I müavini N. Mahmudova, müavinləri isə İlham Ağayev və Elşad Əliyevdir.

Qeyd edək ki, BSŞ 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. Hazırda şirkət fiziki və hüquqi şəxslərə 37 sığorta növü üzrə xidmətlər göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR