Bank Of Baku

«Qafqaz İnkişaf Bankı»nın aktivləri I rübdə 23% artıb

«Qafqaz İnkişaf Bankı»nın aktivləri I rübdə 23% artıb
# 10 may 2011 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 44,218 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 23% çoxdur.

Bankın baş ofisindən «AP-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,2 dəfə artaraq 7,286 mln. manata, kredit portfeli isə 22% artaraq 38,797 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 4,6% artaraq 9,733 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 24,6% artaraq 5 094, o cümlədən fiziki şəxslərin sayı 27,6% artaraq 4 549, hüquqi şəxslərin sayı 4,01% artaraq 545 olub.

Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın respublika üzrə 2 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR