Bank Of Baku

«Bank Respublika» son bir ildə müştəri bazasını 3% genişləndirib

«Bank Respublika» son bir ildə müştəri bazasını 3% genişləndirib
# 10 may 2011 14:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 279,077 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 16,6% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 17,09% azalaraq 146,786 mln. manat, depozit portfeli 18,3% azalaraq 125,713 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 11% azalaraq 50,016 mln. manat, o cümlədən nizamnamə kapitalı 23% artaraq 37,459 mln. manat təşkil edib.

Qeyd edək ki, təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,6% artıraraq 141 316-ya, o cümlədən fiziki şəxslərin sayı 1,13% artaraq 3 224-ə, hüquqi şəxslərin sayı isə 2,6% artaraq 138 092-yə çatıb.

Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 6,4% artaraq 46 188, işçilərin sayı isə 2,9% artaraq 501 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR