Bank Of Baku

Avropa İttifaqı Gürcüstana 46 mln. avro yardım ayırıb

Avropa İttifaqı Gürcüstana 46 mln. avro yardım ayırıb
# 11 may 2011 07:57 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Parlamentinin deputatları Strasburqda keçirilən sessiyada Gürcüstana 46 mln. avro həcmində maliyyə yardımı paketini təsdiqləyiblər.

APA-Economics”in xəbərinə görə, bu vəsait ölkədə işsizliyin səviyyəsinin azaldılması, iqtisadi artımın və Gürcüstan məhsullarının ixracının stimullaşdırılması üçün nəzərdə tutulub.

Vəsaitin yarısı Gürcüstana qrant şəklində, qalan hissəsi isə kredit kimi veriləcək. Gözlənilir ki, Avropa İttifaqının maliyyə yardımı Gürcüstanda investisiya mühitini yaxşılaşdıracaq və maliyyə sektorunda islahatlar aparmağa imkan verəcək.

Qeyd edək ki, ötən həftə Dünya Bankı Gürcüstana əlavə 235 mln. dollar ayrılmasına qərar verib. Bu vəsait iqtisadi artımın qorunması və əhalinin həssas təbəqəsinin ehtiyaclarının ödənilməsi, eləcə də ölkədaxili və yerli əhəmiyyətli yolların təmiri üçün nəzərdə tutulub. Vəsaitin 160 mln. dollarını Beynəlxalq İnkişaf Assosiasiyası, 75 mln. dollarını isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR