Bank Of Baku

«DəmirBank» plastik kart sahiblərinə «PIN-Change» xidmətini təklif edir

«DəmirBank» plastik kart sahiblərinə «PIN-Change» xidmətini təklif edir
# 11 may 2011 09:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC plastik kart sahiblərinə «PIN-Change» xidmətini təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni xidmət plastik kart sahiblərinə kartın PİN şifrəsini istəklərinə uyğun yeni şifrə ilə əvəz etmək imkanı verir.

Bankın müştəriləri PİN şifrəni «DəmirBank»ın bankomatları vasitəsi dəyişə bilərlər. Bunun üçün bankomatın menyusunda müvafiq əməliyyatı seçmək zəruridir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR