Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» son bir ildə aktivlərini 80% artırıb

«Azərbaycan Sənaye Bankı» son bir ildə aktivlərini 80% artırıb
# 11 may 2011 13:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 189,393 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 77,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 4,7% dəfə artaraq 97,722 mln. manata, kredit portfeli 54,3% artaraq 96,607 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 8,3% artaraq 26,795 mln. manat, o cümlədən nizamnamə kapitalı 9,1% artaraq 24 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 32,5% artaraq 28 548, o cümlədən fiziki şəxslərin sayı 33% artaraq 27 724, hüquqi şəxslərin sayı 11,8% artaraq 824 olub.

Bundan başqa, bankın aktiv plastik kartlarının sayı 70,2% artaraq 18 715-ə, o cümlədən debet kartlarının sayı 58,5% artaraq 16 333-ə, kredit karatlarının sayı isə 3,5 dəfə artaraq 2 382-yə çatıb. Eyni zamanda, bankın işçilərinin sayı 5,4% azalaraq 141 nəfər olub.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bankın ölkə üzrə 8 filialı, 29 bankomatı və 290 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR