«Amrahbank»ın mənfəəti I rübdə kəskin artıb

«Amrahbank»ın mənfəəti I rübdə kəskin artıb
# 12 may 2011 12:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nin 2011-ci ilin yanvar-mart aylarında əldə etdiyi mənfəətin həcmi 1,133 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,5 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 44,8% artaraq 4,761 mln. manat, o cümlədən faiz gəlirləri 7,3% azalaraq 2,481 mln. manat, qeyri-faiz gəlirləri isə 3,7 dəfə artaraq 2,279 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın ümumi xərcləri 27,9% artaraq 3,627 mln. manata, o cümlədən faiz xərcləri 6,2% azalaraq 1,197 mln. manat, qeyri-faiz xərcləri isə 55,7% artaraq 2,431 mln. manat, PR və marketinq xərcləri isə 65% azalaraq 12,950 min manat olub.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 8,3% azalaraq 1,284 mln. manat, qeyri-faiz zərəri isə 84% azalaraq 151,6 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın 20 filialı, 20 bankomatı və 58 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR