Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin azalıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin azalıb
# 18 may 2011 09:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2011-ci il may ayının 1-nə müsbət 0,1% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks aprelin 1-nə müsbət 6,2%, martın 1-nə mənfi 4,1%, fevralın 1-nə müsbət 9,2%, yanvarın 1-nə isə mənfi 4,2%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatları üzrə ay ərzində yaranmış fərqin həmin ayın əvvəlinə olan ehtiyatların həcminin dəyərinə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir.

İndeksin müsbət olması mal ehtiyatlarının artmasından xəbər verir ki, bu da son istehlakda azalma tendensiyanın yaranmasını göstərir. Lakin göründüyü kimi, indeksin həcmi çox kiçikdir və demək olar ki, mal ehtiyatların həcmi ay ərzində dəyişməz qalıb. Belə ki, Azərbaycanda 2011-ci il mayın 1-nə sənaye müəssisələrinin anbarlarında 226,4 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da aprelin 1-nə nisbətən cəmi 0,2 mln. manat çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR