Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankında İslam bankçılığı ilə bağlı yeni struktur vahidi yaradılacaq

Azərbaycan Beynəlxalq Bankında İslam bankçılığı ilə bağlı yeni struktur vahidi yaradılacaq
# 18 may 2011 09:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankında İslam bankçılığı ilə bağlı yeni struktur vahidinin yaradılması üzrə tenderdə iştirak etmək üçün sənədlərin qəbulu başa çatıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə 8 sənəd zərfi alınıb, lakin tenderin son mərhələsinə 7 şirkət buraxılıb, çünki 1 iddiaçı tender şərtlərini tam şəkildə icra edə bilməyib.

Bankda İslam bankçılığının tətbiqi üzrə işçi qrupun rəhbəri Bəhnam Qurbanzadənin sözlərinə görə, bu il iyunun 6-da tender zərflərinin açılması keçiriləcək və müvafiq komissiya təkliflərin qiymətləndirilməsi üzrə işə başlayacaq. Layihənin ilkin mərhələsinin cari ilin yayı ərzində başa çatdırılması və payız aylarında İslam bankçılığı ilə bağlı yeni strukturun təqdim edilməsi planlaşdırılır.

Xatırladaq ki, sözügedən tenderin predmeti bank daxilində İslam bankçılığı üzrə ixtisaslaşan yeni strukturun yaradılması, yeni strukturun kadr və texniki resurslarının formalaşdırılması, İslam bankçılığı çərçivəsində çoxçeşidli maliyyə xidmətləri və maliyyələşdirmə alətlərinin tətbiqini həyata keçirmək üçün kənar məsləhətçi şirkətin seçilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR